Suzan Avcı - türkiyəli kinoaktrisadır. 25 sentyabr 1937-ci ildə Bursada (Türkiyə) tatar mühacir ailəsində anadan olub. Anası Krım tatarı, atası Kazan tatarıdır. 1943-cü ildə atasını itirib. Anası və üç bacısı ilə birlikdə İstanbula köçdükdən sonra tikiş fabrikində işləyib. 13 yaşında olanda "Yıldız" jurnalının təşkil etdiyi müsabiqədə iştirak edir. Qalib gələrək Metrin Erksanın bir filminə çəkilmək hüququ qazanır. Buna baxmayaraq, anası onun filmə çəkilməsinə icazə vermir. 15 yaşında olanda həmin dönəmdə evli Alp Akşirayla eşq yaşayır. Daha sonra yaşını yalandan artıraraq ona ərə gedir. Bu evlilikdən Mete adlı oğlu dünyaya gəlib. Karyerasının əvvəlində Muammer Karaca teatrında çıxış edib, daha sonra Toto Karaca teatrının aktyor heyətinə qoşulub. 1959-cu ildə Akşiraydan ayrılıb. 1970-2007-ci illərdə Ərdoğan Tünaşla evli olub. "Çalıquşu"nun Feridesi rolunu canlandıran Aydan Şenerin xalasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Suzan_Avc%C4%B1