Salih Güney - türkiyəli kinoaktyordur. 1 yanvar 1945-ci ildə anadan olub. Atası çərkəzdir. Salih Ankara Dövlət Konservatoriyasının teatr bölməsinin məzunudur. Debütünü Haldun Dormenin "Bozuk Düzen" filmində həyata keçirib. Karyerası ərzində 150-dən çox film və seriala çəkilib. 19 yaşından səhnəyə çıxıb. Bir müddət Türkiyə kinosunun "Ceymz Din"i sayılırdı. 1969-cu ildən teatr fəaliyyətini dayandıraraq ekranlara üz tutub. 1970-ci ildə "Columbia Pictures" şirkətinin "You Can't Win Them All" adlı kəskin sujetli filminə çəkilib, çəkiliş meydanını Toni Körtis və Çarles Bronson kimi məşhur aktyorlarla bölüşüb. Filmin uğurundan sonra İsveç və İngiltərəyə yollanaraq orada kinoaktyorluq üzrə nəzəri-praktiki bilgilərini artırmağa çalışıb. Ardınca Amerikaya köçüb və ABŞ vətəndaşlığı alıb. Dörd dəfə evli olub (Zeynep Tedü, İpek Eken, adı məlum olmayan amerikalı həyat yoldaşı və Emel Tanış).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Salih_G%C3%BCney