Filippa Loutorp

Filippa Loutorp

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Filippa Loutorp - ingilis kino və televiziya rejissorudur. 27 dekabr 1961-ci ildə anadan olub. Loutorp Cənubi Yorkşir şəhərində anadan olsa da, uşaqlığı Nettlhemdə (Linkolnşir) keçib. Market-Rasen qəsəbəsində De Aston məktəbini bitirib. Daha sonra Oksfordda Sent Hilda kollecinə daxil olub. Təhsili başa vurduqdan sonra Bristol şəhərinə köçərək BBC-nin oradakı bürosu üçün sənədli filmlər çəkməyə başlayıb. Sənədli filmləri arasında “Dəniz sahilində üç salon” və “Bəşər tarixində ətək” əlamətdardır. "WFTV Film" and "Television Awards" mükafatlandırma mərasimində "Deluxe Director” kateqoriyasında mükafata layiq görülüb (“Üç qız” filminə görə). “Tac” serialının ikinci mövsümünün bir neçə epizodunu və “Miss əxlaqsızlıq” komediyasının rejissoru olub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Philippa_Lowthorp

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç