Aqneşka Voytoviç-Voslo
Rejissor, ssenarist, prodüser
Aqneşka Voytoviç-Voslo – polşalı rejissor, ssenarist və prodüserdir. 1975-ci ildə Varşavada (Polşa) anadan olub. Bİr müddət Parisdə yaşadıqdan sonra Nyu-Yorka köçüb və orada 2004-cü ildə Tiş İncəsənət Məktəbini bitirib. Rejissor işinə görə “Wasserman Award” mükafatına layiq görülüb. Debüt qısametrajlı filmi olan “Pate” Sandens kinofestivalında təqdim olunub və tənqidçilərin rəğbətini qazanıb. Həmin lent bir çox festivallarda nümayiş olunub və bir sıra mükafatlara, o cümlədən “Grand Jury Prize” (Hyüston festivalı), “New York Magazine’s Award of Excellence”, “Kodak’s Special Jury Prize”, “Feille d’Or” (Beverli Hillz kinofestivalı), “Special Jury Prize” (Atlanta kinofestivalı) mükafatlarına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Agnieszka_Wojtowicz-Vosloo