Seliya Ueston
Aktrisa
Seliya Ueston – amerikalı aktrisa və “Toni” mükafatı nominantıdır. Seliya Ueston 14 fevral 1951-ci ildə Cənubi Karolinada (ABŞ) anadan olub. Kino və teatr aləminə baş vurmazdan əvvəl valideynlərinin təkidi ilə psixologiya ixtisası üzrə ali təhsil alıb. 1970-ci illərin ortalarında Nyu-Yorka köçüb və aktyorluq kurslarına yazılıb, paralel olaraq Manhettendə ofisiant işləyib. 1981-ci ildə bir sıra teatr tamaşalarında uğurlu çıxışlarından sonra “Elis” komediya serialına daimi rola dəvət olunub. Seriala Linda Lavinlə birlikdə 1985-ci ilə qədər (serialın finalına qədər) çəkilib. “Elis” layihəsinin bağlanmasından sonra başlıca olaraq müstəqil rejissorların çəkdiyi filmlərdə xüsusi xarakterli obrazlar canlandırıb. 1995-ci ildə “Ölü gəlir” filmində uşağı ölmüş ana roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında “Azad ruh” mükafatına namizəd olub. Daha çox “İstedadlı mister Ripli”, “Yataqda”, “Qəlblər Atlantidada”, “Ka-Peks planeti”, “Cənnətdən uzaqlarda” filmlərində oynadığı rolları ilə yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/w/index.php?title=Celia_Weston&oldid=23705529