Tatyana Şmıqa

Tatyana Şmıqa

Aktrisa

BİOQRAFİYA

Tatyana İvanovna Şmıqa – sovet və rusiyalı müğənni (lirik soprano), operetta və kino aktrisasıdır. 31 dekabr 1928-ci ildə Moskvada (Rusiya) anadan olub. Atasının valideynləri miliyyətcə polyak olub və 1915-ci ildə almanların hücumunadan sonra Polşadan Rusiyaya mühacirət ediblər. Ata babası Miskeviç soyadını daşıyıb. Ancaq babası gənc yaşında dünyasını dəyişib və atasının altı yaşı olanda nənəsi ikinci dəfə ərə gedərək, Şmıqa soyadını götürüb. Təminatlı ailədə boya-başa çatıb. Valideynləri teatrı sevib, axşamlar evlərində bal və şənliklər təşkil ediblər. Uşaqlığında vəkil olmağı arzulasa da, sonradan musiqiyə meyl salıb. 1953-cü ildə Rusiya Teatr Sənəti İnstitutunu bitirib. 1962-ci ildə ilk dəfə ekranlara çıxaraq, rejissor Eldar Ryazanovun “Qusar balladası” adlı bədii filmində debüt edib. O, müharibə dövründə Rusiyaya qastrola gəlmiş fransız aktrisa Luiza Jermonu oynayıb. Karyerası ərzində müğənni kimi bir çox ölkələrdə, o cümlədən Bolqarıstan, Almaniya, Polşa, keçmiş Çexoslovakiya, keçmiş Yuqoslaviyada qastrol səfərlərində olub. 3 fevral 2011-ci ildə 83 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BC%D1%8B%D0%B3%D0%B0,_%D0%A2%D0%B0%D1%82%D1%8C%D1%8F%D0%BD%D0%B0_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç