Eliza Hittman
Rejissor, ssenarist, prodüser
Eliza Hittman – amerikalı kinorejissor, ssenarist, montajçı və prodüserdir. Eliza Hittman 1979-cu ildə Bruklinin Fletbuş şəhərində (ABŞ) anadan olub. Atası antropoloq, anası sosial işçidir, Cobble Hill psixiatrik klinikasında art-terapiya kurslarına rəhbərlik edib. Bəzən anası evə intihar edən xəstələrin çəkdikləri rəsmləri gətirib. “Vulture” dərgisinə verdiyi müsahibədə Hittman böyük ehtimalla məhz bu rəsmlərin onun yaradıcılığına təkan verdiyini bildirib. Yeniyetməlik illərində Bruklində orta təhsil alıb, məktəbin tamaşalarında mütəmadi iştirak edib. 2001-ci ildə teatr və dram sahəsi üzrə bakalavr dərəcəsi əldə edərək İndiana Universitetini bitirib. 2010-cu ildə Kaliforniya İncəsənət İnstitutunun Kino məktəbində magistr pilləsinə yüksəlib. Daha çox “Çimərlik siçovulları” ( Beach rats, 2017), “Sevgiyə bənzər” (It felt like love, 2013) filmləri üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eliza_Hittman