Rayan Eqqold

Rayan Eqqold

Aktyor

BİOQRAFİYA

Rayan Ceyms Eqqold – amerikalı kino və televiziya aktyordur. “90210: Yeni nəsil” fantastik serialında ingilis ədəbiyyatı müəllimi Rayan Mettyüz və “Qara siyahı” serialında casus Tom Kin rolu ilə tanınır. Rayan 10 avqust 1984-cü ildə Cənubi Kaliforniyada (ABŞ) anadan olub. 2002-ci ildə Santa Marqarita orta məktəbini bitirib. Məktəbdə oxuduğu illərdə çoxsaylı məktəb tamaşalarında iştirak edib. 2006-cı ildə Şimali Kaliforniya universitetinin teatr bölməsini bitirib. Asudə vaxtlarında musiqi bəstələyir, gitara və pianoda ifa edir, həmçinin musiqi qrupunda oxuyur. “Gənc və ötkəmlər” (CBS), “Yaraşıqlar” (HBO), “Bacılar və qardaşlar” (ABC), “Veronika Mars” seriallarında kiçik rollar oynayıb. Daha sonra "Fox" kanalında yayımlanan “Ləkə” serialında daimi rol qazanıb. Üç mövsüm ərzində “90210: Yeni nəsil” serialında gənc ədəbiyyat müəllimi Rayan Mettyüz rolunu oynayıb. Maraqlıdır ki, onun şagirdləri rolunu oynayan aktyorların çoxu həyatda ondan yaşca böyükdür. Dördüncü mövsümdə büdcə ixtisarları ilə əlaqədar Lori Loklinlə birlikdə layihədən uzaqlaşdırılıb. 2013-cü ildə “Qara siyahı” adlı serialda casus Tom Kin roluna dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ryan_Eggold

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç