Ross Anderson

Ross Anderson

Aktyor

BİOQRAFİYA

Ross Anderson – şotlandiyalı aktyordur. 15 iyul 1987-ci ildə Peysli şəhərində (Şotlandiya) anadan olub. Uşaqlığı Uest-Lotiane şəhərində keçib. Rossun özündən kiçik altı qardaşı var. London Dram Mərkəzini bitirdikdən sonra teatrda çıxış etməyə başlayıb. 2010-cu ildə Şotlandiya Milli Teatrının səhnəsində oynayır, tamaşalardan birində oynadığı rol ona “Oliviya” teatr mükafatını qazandırıb. 2012-ci ildə debütünü “Sıravilər” dram serialında edib. Həmin serialda oynadığı rolla prodüser Barbara Brokkoli və Maykl C.Uilsonun diqqətini çəkib. Onlar ona rejissor Korianna Makfarleynin “Sakit qasırğa” filminə çəkilməyi təklif edib. Filmə həmçinin aktyorlar Demien Lüis, Andrea Rayzboro kimi tanınmış aktyorlar çəkilib. Lent London Beynəlxalq Kinofestivalında nümayişə çıxarılıb. 2014-cü ildə aktyor Ancelina Colinin rejissoru olduğu “Əyilməz” hərbi-bioqrafik dramında hərbi əsir rolunu canlandırıb. Ekran əsəri 1936-cı ildə Berlində Olimpiya oyunlarında iştirak etmiş amerikalı atletin real həyat hekayəsini danışır. Fİlm "Ən yaxşı macəra və döyüş filmi” nominasiyasında “Saturn”, "Ən yaxşı kaskadyor heyəti" kateqoriyasında “Aktyorlar Gildiyası mükafatı”  və üç ayrı kateqoriyada “Oskar” mükafatına naməzəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15592210431/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç