Morfidd Klark

Morfidd Klark

Aktrisa

BİOQRAFİYA

Morfidd Klark – britaniyalı aktrisadır. Uelsin Kardiff şəhərində anadan olub. Məktəb illərində disleksiya və diqqət defisiti sindromundan əziyyət çəkib. Oxumaqla bağlı çətinlikləri ona gətirib çıxarıb ki, uzun mətnləri əzbərləməyə başlayıb və tamaşalarda iştirak edib. 16 yaşında məktəbi yarımçıq qoyub Uels Milli Gənclər Teatrına qəbul olunub. Orada bir neçə il çalışdıqdan sonra Londana köçüb və Dram və İncəsənət mərkəzində nəzəri və praktiki bilgilərini artırıb. Bir neçə il çalışdıqdan sonra Uilyam Şekspirin “Romeo və Cülyetta” faciəsində Cülyetta rolunda səhnəyə çıxıb. Klark 2014-cü ildə televiziyada debüt edib, “Yeni dünyalar” mini-serialında ikinci plan rol oynayıb. Bir il sonra Börr Stirsin “Qürur və qərəz və zombi” komediya trillerinə çəkilib. Tərəf müqabilləri Lili Ceyms, Lina Hindi, Met Smit, Cek Hyüston, Duqlas But, Çarlz Dens, Eşlin Loftus, Sem Rayli və başqaları olub. 2016-cı ildə “Çağırış” fantastik döyüş filmində baş rollardan birini canlandırıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Morfydd_Clark

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç