Valentina Belle

Valentina Belle

Aktrisa

BİOQRAFİYA

Valentina Belle – italiyalı aktrisadır. 16 aprel 1992-ci ildə İtaliyanın Verona şəhərində anadan olub. Erkən yaşlarından kino sənətinə maraq göstərib. Orta məktəbi bitirdikdən sonra modelliklə məşğul olub, müxtəlif fotosessiyalarda və dəfilələrdə iştirak edib. 2012-ci ildə Valentina Nyu-Yorka yollanaraq orada Li Strasberqin Teatr və Kino İnstitutunun aktyorluq kurslarına yazılıb. 2013-cü ildə Romada eksperimental kinomərkəzə sənədlərini təqdim etsə də, onu qəbul etməyiblər. Həvəsdən düşməyən Valentina Londona yola düşüb və orada Kral Dram İncəsənət Akademiyasında ali təhsil almağa başlayıb. Aktyorluq karyerasına hələ tələbə olanda start verib. Belə ki, İvan Silvestrininin “Seriya çərçivəsində” adlı qısametrajlı filminə çəkilib. Daha sonra “Çətin həyat”, “Dərə” və “Dekameron” kimi filmlərdə rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15766776711/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç