Stefi Selma

Stefi Selma

Aktrisa

BİOQRAFİYA

Stefi Selma – fransız aktrisa və müğənnidir. “Dəlisov müəllimlər” və “Dəlisov müəllimlər: London missiyası” filmlərində Əminə adlı fransız dili müəlliməsi rolu ilə tanınıb. 9 oktyabr 1986-cı ildə Parisdə (Fransa) anadan olub. Uşaqlıq illərindən musiqi ilə məşğul olub, 4 yaşında olanda “Lecole des fans” fransız şousuna qatılıb. Məktəbi bitiridkdən sonra konservatoriyaya daxil olub, fortepiano və rəqs üzrə təhsil alıb. 1997-ci ildə Selma “Jozefina: Qoruyucu mələk” serialında rol alıb. Aktyorluq debütü kifayət qədər uğurlu alınıb. Ardınca “Cari vəziyyət”, “Anormal aktivlik” filmlərinə çəkilib. Fransa kinotamaşaçıları onu daha çox “Dəlisov müəllimlər” saqasında oynadığı Əminə müəllimə rolu ilə yadda saxlayıb. 2015-ci ildə Jan Renonun baş rola çəkildiyi “Bölük” filmində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/stefi_celma/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç