Rəmzi Bedia
Aktyor
Rəmzi Bedia – əlcəzair əsilli fransız aktyor, ssenarist və rejissordur. 10 mart 1972-ci ildə Parisdə (Fransa) anadan olub. Karyerasına 1994-cü ildə komediant olaraq başlayıb. Erik Jüdorla əməkdaşlığa başlayaraq Erik və Rəmzi duetini yaradıb. Onlar M6 telekanalında öz komediya teleşoularını yaradıblar. 1998-ci ildə onlar populyar fransız seriallarından birinə dəvət olunublar. 1999-cu ildə “Le Ciel, les Oiseaux et...ta mere!” fransız filmində (rejissor Camel Bensal) debüt edib. 2001-ci ildə Çarlz Nemesin “La Tour Montparnasse Infernale” filmində görüntülənib. Filmin ssenarisini də elə həmkarı Erik Jüdorla birlikdə yazıb. 2004-cü ildə onlar rejissor Filipp Heymin “İkiqat sıfır” casus komediyasına çəkiliblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ramzy_Bedia