Nikola Düvoşel
Aktyor
Nikolya Düvoşel – fransız aktyordur. Üçqat “Sezar” mükafatı laureatıdır. 27 mart 1980-ci ildə Parisdə (Fransa) anadan olub. Yeniyetməlik illərində Nikolya əczaçılıq ixtisası üzrə təhsil alıb. Müxtəlif boks klublarında boksla məşğul olub. “Michael D'Amour” və “Cry Havoc” musiqi qruplarının iştirakçısı olub. 1999-cu ildə “Oğru” (Le Petit Voleur) filmində oynadığı baş rolla aktyorluq karyerasına başlayıb. 2004-cü ildə “Ehtiraslı bədənlər” filmində oynadığı rolla Fransanın "Sezar” milli kinomükafatına namizəd olub. 2006-cı ildə Düvoşel daha sonra yazıçı Lolita Piyin iki parisli gəncin faciəvi sevgi hekayəsini danışan romanı əsasında lentə alınmış “Cəhənnəm” filmində baş rollardan birini oynayıb. 2007-ci ildə rejissor Alen Karnonun “İkinci nəfəs” kriminal trillerində Monika Beluççi ilə tərəf müqabili olub. Elə həmin il “Doğulmamışın qisası” qorxu filmində polis zabitini oynayıb. 2009-cu ildə onun iştirakı ilə ekranlara “Ağ material” filmi çıxıb. Orada Manuel Vial rolunu oynayıb, tərəf müqabili İzabel Yupper və Kristofer Lambert olub. Film Venesiya kinofestivalında “Qızıl Şir” mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nicolas_Duvauchelle