Alban Lenuar

Alban Lenuar

Aktyor

BİOQRAFİYA

Alban Lenuar – fransız aktyordur. 16 dekabr 1980-ci ildə Dijon şəhərində (Fransa) anadan olub. “Subaylar istirahətdə”, “Antiqanq” filmlərində oynadığı rolları ilə tanınır. Kaskadyor qismində “Girov” və “Qlük” kimi reytinqli filmlərin çəkilişində iştirak edib. 2005-ci ildə Simon Astye ilə birlikdə “İki nəfərin arasında” adlı pyes yazıb və tamaşada aktyor qismində iştirak edib. 2007-ci ildə “Kamelot” serialında Fergü adlı personajı canlandırıb (Lanselotun döyüşçülərindən biri). 2008-2015-ci illərdə “Mustanq gücü” serialında Klaus rolunu oynayıb. Onun qəhrəmanı telekinez bacarıqlarına malik insandır və dünyanın ən qüdrətli adamı olmaq istəyir. 2014-cü ilin payız ayında Parisə yollanıb və orada Benjamen Roşenin “Antiqanq” filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alban_Lenoir

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç