Pit Devidson

Pit Devidson

Aktyor, prodüser

BİOQRAFİYA

Piter Maykl “Pit” Devidson – amerikalı aktyor, komik, ssenaristdir. “Saturday Night Live” komediya şousunun və MTV-nin “Guy Code” şousunun, «Wild 'n Out» və «Failosophy» seriallarının iştirakçısı olub. Həmçinin “Bruklin 9-9” serialının dəvət olunmuş ulduzlarındandır. 16 noyabr 1993-cü ildə anadan olub. “Cimmi Kimmellə canlı efirdə”, Adam Divaynın “Ev şənliyi”, Deyv Atellin “Comedy Underground” verilişlərindən stendapla çıxış edib. Ekranlarda ilk dəfə MTV-nin “Failsophy” komediya serialının üçüncü epizodunda görünüb. Serialın premyerası 2013-cü ilin fevral ayında baş tutub. Növbəti ayda MTV 2-nin “Guy Code” komediya realiti şousunun üçüncü mövsümünün dörd epizodunda kamera qarşısına çıxıb. Həmin ilin iyun ayında “Gotham Comedy Live” (Comedy Central kanalı) proqramının ikinci mövsümündə ilk dəfə kameralar qarşısında stendap monoloqla çıxış edib.  Növbəti ayda MTV-2-ə qayıdaraq Nik Kennonun “Wild 'n Out” serialının altı epizoduna çəkilib. Ardınca “Bruklin 9-9” layihəsinə dəvət alıb. Həmçinin “Fox” telekanalının “Ayıq başlı yoldaş” serialının pilotuna çəkilib. 2014-cü ildə “Saturday Night Live” komediya proqramının 40-cı mövsümünün aktyor heyətinə qoşulub. Beləcə, o, komediya şousunun tarixinə ən gənc (20 yaşı var idi) aktyorlardan biri kimi düşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Pete_Davidson

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç