Maykl Poliş
Rejissor, ssenarist, prodüser, aktyor
Maykl Poliş – rejissor, ssenarist və prodüserdir. 30 oktyabr 1970-ci ildə ABŞ-ın Kaliforniya ştatının El-Sentro şəhərində anadan olub. Daha çox “Aydaholu əkizlər” (1999), “Nortfork” ( 2003) filmləri üzərində gördüyü işə görə tanınır. 1999-cu ildə əkiz qardaşı Mark Polişlə birgə lentə aldığı “Aydaholu əkizlər” filmi bir sıra kinofestivallarda mükafatlar və nominasiyalar qazanıb. Ekran əsəri “Müstəqil ruh” , “Qothem” mükafatı, “Alma” mükafatına namizəd olub. Qardaşların bundan başqa “Fermer astronavt” , “Nortfork”, “Cekpot” filmləri tənqidçilərin rəğbətini qazanıb. 31 avqust 2013-cü ildə aktrisa Keyt Bosuortla ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: