Andrey Kaykov
Aktyor
Andrey Albertoviç Kaykov – rusiyalı kino və teatr aktyorudur. “6 kadr” yumoristik şounun iştirakçısı kimi tanınıb. 25 dekabr 1971-ci ildə Bryansk şəhərində (Rusiya) anadan olub. 56 saylı orta məktəbdə oxuyub. 1990-1994-cü illərdə M.S.Şepkin adına Ali Teatr Məktəbində oxuyub. İlk həyat yoldaşı kurs yoldaşı Yevgeniya Dmitriyeva olub. Nikahın ömrü cəmi iki il çəkib. Daha sonra həmkarı Anna Moxova ilə evlənib. Bu evliliyi yeddi il sürüb və bir oğlu dünyaya gəlib. Hazırda üçüncü həyat yoldaşı - Lyudmila adlı jurnalistlə yaşayır. Bu nikahdan iki oğlu var. Andrey Kaykov Moskvanın Mərkəzi Ordu İdman Klubunun azarkeşidir, mütəmadi olaraq onun futbol və hokkey komandalarının oyunlarında, o cümlədən səfər matçlarında iştirak edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%B9%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B9_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87