Syerra Makkormik

Syerra Makkormik

Aktrisa

BİOQRAFİYA

Sierra Makkormik – amerikalı aktrisadır. "Disney" telekanalının “Yuxarı sinif” serialında oynadığı Oliv Doyl rolu ilə və “Ağıllı beşinci sinif uşağı” oyun-şousunun iştirakçısı kimi tanınır. Sierra Makkormik 28 oktyabr 1997-ci ildə Eşvill şəhərində (Şimali Karolina ştatı, ABŞ) anadan olub. Uşaqlığında ailəsi ilə Los-Ancelesə köçüb. Aktyorluğa 2006-cı ildə "The Cors Agency" heyətinə qoşulmaqla başlayıb. Debütünü doqquz yaşında olanda “Həmişə xoşbəxt” teleserialında gerçəkləşdirib. 2007-ci ildə yüzlərlə uşaq arasında qalib gələrək, “Ağıllı beşinci sinif şagirdi” teleoyununun ikinci mövsümünə “vəsiqə qazanıb”. Daha sonra Makkormik "Disney"in “Hanna Montana” serialının “Çaşqınlığa xoş gəlmisiniz” epizoduna çəkilib. O, Çayna Enn Makkleynlə birlikdə müsahibə vaxtı Hanna Montanaya sual verən qızlardan birini oynayıb. Onlar sonralar “Jack and Janet Save the Planet” adlı filmə də birlikdə çəkilib. 2010-cu ildə “Ramona və Bizus” filmində Süzan Kuşner rolunu oynayıb. Daha sonra “Milad dayəsi” (A Nanny for Christmas, 2011) komediyasına və “Fövqəltəbii” serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Sierra_MakKormik

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç