Anatoli Belıy

Anatoli Belıy

Aktyor

BİOQRAFİYA

Anatoli Aleksandroviç Belıy (əsl soyadı: Vaysman) – rusiyalı teatr, kino, səsləndirmə və dublyaj aktyoru, prodüserdir. 1 avqust 1972-ci ildə Braslav şəhərində (Ukrayna) anadan olub. 1989-cu ildə orta məktəbi bitirərək, Kuybışev Aviasiya İnstitutuna daxil olub, orada elektron-hesablama maşınları, sistemləri, kompleksləri və şəbəkələri ixtisası üzrə təhsil alıb. Paralel olaraq gitara ifası ilə məşğul olub, "Şən və Hazırcavablar Klubu"nda, Gənclər Teatrının tamaşalarında aktiv iştirak edib. Sonradan texniki təhsilin ürəyincə olmadığını anlayıb, Moskvaya köçüb və orada M.S.Şepkin adına Teatr məktəbinə daxil olub. Oranı 1995-ci ildə bitirib. Rusiya Ordusu Teatrında həqiqi hərbi xidmət keçib. 1998-ci ildən Stanislavski adına teatrın aktyorudur. 2003-cü ildən Moskva Bədaye Teatrının aktyoru olub. 25 sentyabr 2015-ci ildə “Çexov sağdır” layihəsi çərçivəsində  A.P.Çexovun əsərlərini onlayn səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D1%8B%D0%B9,_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D0%B8%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç