Engin Öztürk

Engin Öztürk

Aktyor

BİOQRAFİYA

Engin Öztürk  - türkiyəli aktyordur. Daha çox “Mühteşem Yüzyıl” serialında şahzadə Səlim rolu ilə tanınır. Azərbaycan tamaşaçıları isə onu "Fatmagülün suçu ne" serialında Selim rolu ilə tanıyırlar. O, 28 sentyabr 1986-cı ildə Türkiyənin Eskişehir şəhərində anadan olub. Bolqarıstandan olan hərbçinin övladıdır, anası yunanıstanlı mühacirdir. Ailənin dördüncü övladıdır. Özündən böyük üç bacısı var. Səkkiz yaşından voleybolla məşğul olub. Yeniyetməlik illərində barmen işləyib. 2008-ci ildən teatrla maraqlanmağa başlayıb və aktyor olmağı qarşısına məqsəd qoyub. Dövlət konservatoriyasında teatr üzrə ali təhsil alıb. 2002-ci ildə məzun olub. Şəxsi həyatına gəlincə, bir müddət Elif Sökmenlə görüşüb. Daha sonra tanınmış aktrisa Türkü Turanla yaxın münasibətlərdə olub. 2015-ci ildən İdil Fıratla görüşür. İstedadlı aktyorun bundan başqa Hande Soral, Merve Boluğur, Hande Doğandemir, Cansu Dere, Nur Fettahoğlu və Öykü Karaellə yaxın münasibətlərdə olduğu deyilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Engin_%C3%96zt%C3%BCrk

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç