Klark Piters

Klark Piters

Aktyor

BİOQRAFİYA

Klark Piters - amerikalı aktyor, müğənni, yazıçı və rejissordur.  “Gizli dinləmə” serialında xəfiyyə Lester Frimon, “Trimey” serialında Alberta Lambo rolu ilə məşhurlaşıb. Klark Piters 1952-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Dörduşaqlı ailənin ikinci oğlu olub. Gələcək aktyorun uşaqlığı Enqlvud əyalətində keçib. 14 yaşından teatr səhnəsinə çıxır. 1971-ci ildə böyük qardaşının dəvəti ilə Parisə yollanıb, orada “Saçlar” müziklının kostyum rəssamı vəzifəsinə işə düzəlib. Ned Şerrin, Klark Pitterslə birlikdə 1990-cı ildə “Five Guys Named Moe” pyesinə rəy yazıb və həmin tənqidi rəyə görə “Toni” mükafatına namizəd olub. O, həmçinin müzikllarda aktiv şəkildə iştirak edib, paralel olaraq epizodik televiziya rollarına çəkilib. Amerikada ilk şöhrəti ona “Gizli dinləmə” serialında oynadığı xəfiyyə Lester Frimon rolu gətirib. Serial HBO telekanalında 2002-2008-ci illərdə yayımlanıb və IMDB versiyasına görə, dünyanın ən populyar seriallarından biridir. 2010-2013-cü illərdə “Trimey” serialında baş rollardan birini oynayıb. 2018-ci ilin iyul ayından “Qara başlanğıc” serialına çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Clarke_Peters

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç