Veronika Frans - avstriyalı kinorejissor və ssenaristdir. Bacısı oğlu Severin Fiala ilə tandem şəklində fəaliyyət göstərir. 1965-ci ildə Vyanada (Avstriya) anadan olub. Karyerasının əvvəlində həyat yoldaşı, rejissor Ulrix Sedllə əməkdaşlıq edib. Daha çox "Gecən xeyrə, ana" (Goodnight, mommy, 2014), "Qışlaq" (The Lodge, 2019), "Şər bələdçisi" (The Field Guide to Evil, 2018) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən, 2020-ci ilə qədər 13 film və seriala ssenari yazıb, dörd lentin rejissoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Veronika_Franz_and_Severin_Fiala