Ceyden Martell

Ceyden Martell

Aktyor

BİOQRAFİYA

Ceyden Uesli Martell – amerikalı aktyordur. Martell 4 yanvar 2003-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. 2011-ci ildə səkkiz yaşında olanda anası ilə birlikd Los-Ancelesə köçüb, orada bir sıra reklam çarxlarına çəkilməyə başlayıb. Tammetrajlı kinoda debütünü doqquz yaşında olanda “Sınmış ürək” filmində  gerçəkləşdirib. 2017-ci ildə Stiven Kinqin eyniadlı romanı əsasında lentə alınmış “O” (və ya “Məxluq”) trillerində baş rollardan birini oynayıb. Adı çəkilən film 2017-ci ildə “ən yaxşı aktyor heyəti” nominasiyasında MTV mükafatına layiq görülüb. 2019-cu ildə “O 2” filmində yenidən Bill Denbro rolunu oynayıb, böyük Bill Denbro obrazını isə tanınmış aktyor Ceyms MakEvoy canlandırıb. 2019-cu ildə rejissor və ssenarist Rayan Consonun “Çıxardın gərək soxasan” (Knives out) detektiv trilleri ekranlara çıxıb. Ceyden orada çoxbilmiş Ceykob Trombi rolunu oynayıb. 2020-ci ildə “Ceykobu müdafiə edərək” kriminal dram janrında olan mini serial aktyor heyətində yer alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Jaeden_Martell

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç