Kim Ho-con
Aktrisa
Kim He-con – Cənubi koreyalı aktrisadır. 10 mart 1968-ci ildə Cənubi Koreyada anadan olub. Aktyorluq karyerasına “Hürən itlər heç vaxt dişləmir” filminə çəkilməklə başlayıb. Oynadığı rol aktrisaya “Busan kinotənqidçilərinin mükafatı”nı qazandırıb. Ardınca “Sevgi ətri”, “Kəpənəklər”, “Qadın kişinin gələcəyidir”, “Bahar” kimi filmlərdə rol alıb. 2014-cü ildə rejissor Lim Hvon-thekin “Yenə yaşamaq” dramında xərçəng xəstəliyindən əziyyət çəkən qadın rolunu oynayıb. Həmin filmdə oynadığı rola görə “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasında “Baeksang Arts” mükafatına laiyq görülüb. 2019-cu ildə “Heyvan”, “Cavanlıq nuru”, “Fransız”, “Asdalın salnamələri” və digər filmlərə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: