Yu Ce-mön
Aktyor
Yu Ce-mön – Cənubi koreyalı teatr və kino aktyorudur. 3 iyun 1973-cü ildə Busanda (Koreya) anadan olub. Orta məktəbi bitirdikdən sonra Busan Milli Universitetində təhsil alıb. Orada dram incəsənəti üzrə oxuyub. 1997-ci ildə “Açıq səhnə” adlı teatr truppasına qoşulub. Sonralar öz doğma şəhərində teatr direktoru vəzifəsində çalışıb, dörd il Seulda aktyorluq sənətindən dərs deyib. Böyük ekranlarda debütü 2001-ci ildə rejissor Pe Çhan-honun “Son şahid” filmində baş tutub. Növbəti 10 il ərzində başlıca olaraq ikinci plan rollara çəkilib. 2019-cu ildə “Heyvan” kriminal trillerində əməliyyat şöbəsinin eqoist və kinli rəisi obrazını canlandırıb. Adı çəkilən film Fransanın “Sahilyanı Orfevr küçəsi, 36” filminin remeyki hesab olunur. 21 oktyabr 2018-ci ildə beş il ərzində görüşdüyü sevgilisi ilə ailə qurub. Şəxsi həyatı barədə məlumat az olsa da, yoldaşının ondan 12 yaş cavan olduğu bildirilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yoo_Jae-myung