Li Son-min
Aktyor
Li Son Min – koreyalı kino və teatr aktyorudur. 4 dekabr 1968-ci ildə Cənubi Koreyada anadan olub. 1985-ci ildə ilk dəfə peşəkar teatr səhnəsinə çıxıb. Ardınca televiziya və kinoda epizodik rollara çəkilməyə başlayıb. İlk əlamətdar rolunu 2004-cü ildə “Mənim anam su pərisidir” fantastik dramında oynayıb. Son Min əsasən ikinci plan rollara dəvət olunub. Həmin dönəmdə “Cənab Mükəmməlin cazibəsi” (2006) romantik komediyası, “Efirdə” (2008) melodram serialına, “Yaxşı, pis, başdanxarab” (2008) macəra komediyasına çəkilib. Sonuncunun büdcəsi 10 milyon dollar olduğu halda 43.1 milyon dollara yaxın kassa gəliri gətirib. 2010-cu ildə “Pasta” romantik serialına, “Mənim şahzadəm” (2011), “Sənə sevməyi öyrədəcəyəm” (2010) komediyalrına və “Qəlbimi dinlə” (2011) melodram serialına çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: