Anna Kemp
Aktrisa
Anna Reqsdeyl Kemp – amerikalı aktrisadır. Anna Kemp 27 sentyabr 1982-ci ildə ABŞ-ın Cənubi Karolina ştatının Kolumbiya şəhərində anadan olub. Uşaqlığı doğma şəhərində keçib. 2004-cü ildə Şimali Karolina universitetində bakalavr dərəcəsi əldə edib və bir müddət sonra Nyu-Yorka köçüb. Orada aktyorluq karyerasına başlayıb. Kemp vaxtaşırı “Xalis qan” serialının ikinci mövsümündə rol alıb. Daha sonralar “Dəlilər” və “Yaxşı həyat yoldaşı” kimi seriallarda aparıcı rollar oynayıb. 2011-ci ildə “Xadimə” filmində kiçik rolu olub. Ardınca 2012-ci ildə ekranlara çıxan “İdeal səs” musiqili komediyasında baş rollardan birini oynayıb. 2012-ci ildə “Mindi layihəsi” komediya serialında çəkilib. 2010-2013-cü ildə Kemp aktyor Maykl Mosli ilə evli olub. 2016-2019-cu illərdə “İdeal səs” filmində tərəf müqabili olmuş Skaylar Estinlə nikahda olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anna_Camp