Pol Sparks

Pol Sparks

Aktyor

BİOQRAFİYA

Pol Sparks – amerikalı aktyordur. Daha çox HBO telekanalının “Gizli imperiya” teleserialında Miki Doyl və "Netflix"in “Kartdan ev” siyasi teledramında yazıçı Tom Yets rolu ilə tanınır. Sonuncu rol ona “Dram teleserialının ən yaxşı qonaq aktyoru” nominasiyasında “Emmi” mükafatına namizəd olub. 16 oktyabr 1971-ci ildə Loton şəhərində (Oklahoma ştatı, ABŞ) anadan olub. Atası orta məktəbin futbol komandasının məşqçisi, anası ibtidai məktəb müəlliməsi olub. 1990-cı ildə Marlou orta məktəbini bitirib. Oklahoma Dövlət Universitetinin kimya fakültəsinə təqaüd qazansa da, sonradan Nyu-York universitetinin Tiş İncəsənət məktəbinə keçib. 1995-ci ildə incəsənət üzrə bakalavr diplomu əldə edib. 2010-cu ildə HBO-nun “Gizli imperiya” dram serialında Miki Doyl rolunu oynayıb. Serialın yayımı beş mövsüm davam edib. Sparks aktrisa Enni Perrislə evlidir. Cütlük 2005-ci ildə tanış olub. İlk övladları 2009-cu ildə doğulub. Oğlunun adı Emmettdir. Onların həm də bir qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Joe_Chrest

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç