Kumeyl Nanciani

Kumeyl Nanciani

Aktyor

BİOQRAFİYA

Kumeyl Əli Nanciani – pakistan əsilli amerikalı komik, aktyor və ssenaristdir. “Oskar” və “Emmi” mükafatları nominantıdır. Kumeyl Nanciani 21 fevral 1978-ci ildə Pakistanın Kəraçi şəhərində anadan olub. 18 yaşında ABŞ-a köçüb və Ayova ştatının Qrinnel kollecinə daxil olub. 2011-ci ildə “Kompanyonlar” və “Portlandiya” seriallarında müxtəlif obrazları canlandırıb. 2013-cü ildə “Yay kralları” filmində daşıyıcı rolunu, “Teleaparıcı” serialında isə Əmir Laruss rolunu oynayıb. 2014-cü ilin aprel ayında “Silikon vadisi” serialının premyerası baş tutub, orada ona şöhrət qazandırmış Dineş Çuqtay rolunu oynayıb. 2017-ci ildə “Sevgi - bir xəstəlikdir” romantik komediyasında baş rolu ifa edib. Eyni zamanda, həyat yoldaşı Emili V. Qordonla həmin filmin ssenarisini yazıb. Ekran əsəri tənqidçilərin rəğbətini qazanaraq "Ən yaxşı orijinal ssenari" nominasiyasında “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kumail_Nanjiani

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç