İssa Rey

İssa Rey

Aktrisa

BİOQRAFİYA

Co-İssa “İssa” Rey Diop – amerikalı aktrisa, ssenarist, prodüser və rejissordur. 12 yanvar 1985-ci ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. İlk olaraq şöhrəti ona “Yöndəmsiz qara qız” (2011-2013) internet serialında oynadığı rol gətirib. Sonradan o, televiziyada debüt edərək HBO telekanalında yayımlanan “Ağ qarğa” serialına çəkilib. Həmin rola görə “Komediya və ya müziklda ən yaxşı qadın rolu” nominasiyasında iki “Qızıl qlobus” mükafatına və “Komediya serialında ən yaxşı qadın rolu” nominasiyasında “Emmi” mükafatına namizəd olub. 2011-ci ildən başlayaraq qısametrajlı filmlərə, veb-seriallara çəkilir. 2007-ci ildə “Afrika tədqiqatları” ixtisası üzrə Stenford universitetini bitirib. Tələbə olduğu müddətdə mahnı klipləri çəkib, müxtəlif pyeslərin müəllifi və rejissoru olub. Həmçinin “Yataqxana gündəliyi” adlı realiti şousunun yaradıcısı olub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Issa_Rae

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç