Kerol Ueyers
Aktrisa
Kerol Ueyers 30 noyabr 1984-cü ildə Brüsseldə (Belçika) anadan olub. IAD (Institut des Arts de Diffusion) Teatr məktəbinin məzunudur. 2006-cı ildə Londona (İngiltərə) köçüb və orada London Musiqi və Dram İncəsənət Akademiyasına daxil olub. 2010-cu ildə Los-Ancelesə (ABŞ) köçərək, orada "Howard Fine Acting Studio" studiyasında dram təhsilini artırıb. Aktrisa sərbəst şəkildə fransız, flamand və ingilis dillərində danışır. ABŞ-da “Dəniz polisi: xüsusi şöbə”, “Ehtirasın anatomiyası” və “Amerika ailəsi” kimi populyar seriallara çəkilib. 2014-cü ildə “Ulduzların günahıdır” melodramında Anna Frankı səsləndirib. Elə həmin il XX əsrin 40-cı illərində atom bombasının ixtirasına həsr olunmuş “Manhetten” dram serialına çəkilib. 2019-cu ildə Kristian Volkmanın “Möcüzələr otağı” adlı trillerində Medelin rolunu oynayıb. Çəkiliş meydançasında tərəf müqabilləri Olqa Kurilenko, Kevin Yanssens, Mariann Burq, Frensis Çepmen, Con Flanders və başqa aktyorlar olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: