Kevin Yanssens
Aktyor
Kevin Yanssens – belçikalı aktyordur. 2002-ci ildən bəri 20-dən çox film və serialın çəkilişində iştirak edib. 21 avqust 1979-cu ildə Belçikanın Antverpen şəhərində anadan olub. Yanssens Antverpendə German Teyrinkin teatr studiyasında oxuyub. İlk ciddi rolunu tələbəlik illərində Qvido Hendriksin “Dünyanın kralı” (boksçu haqda) mini-serialında oynayıb. Ardınca Belçikanın bir sıra populylar layihələrində, o cümlədən “Qasırğa” (2006) döyüş filmində, “İtkin düşənlər” kriminal serialında (2007) çəkilib. Yan Verheyenin “Dəlilər” (2010) və Hilde Van Miqhemin “Smurverfild” romantik komediyalarında rol alıb. Onun karyerasında dönüş nöqtəsi Robin Prontun “Ardenna” kriminal dramında oynadığı rol olub. Film "Ən yaxşı xarici dilli film" nominasiyasında Belçikadan “Oskar” mükafatına namizəd olub. Lent eyni zamanda bir sıra beynəlxalq festivallarda təqdim olunub, 2015-ci ildə Toronto kinofestivalında böyük ekranlara çıxıb. 2017-ci ildə Yanssens “Qatillər” trillerində rol alıb, film Venetsiya kinofestivalında nümayiş olunub. Daha sonra Matilda Lutsun kinoşirkətinin istehsal etdiyi “Sağ qalan” kriminal dramında rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: