Kristian Volkman

Kristian Volkman

Rejissor, ssenarist

BİOQRAFİYA

Kristian Volkman – fransız kinorejissor, ssenarist və rəssamdır. 1971-ci ildə Fransada anadan olub. Parisin Ali İncəsənət Məktəbinin məzunudur. “İntibah” cizgi filmi üzərində gördüyü işlə beynəlxalq şöhrət qazanıb. Cizgi filmi kiberpank və nuar üslubunda ərsəyə gətirilib. Çəkilişlər “mouşn kəpçer” texnologiyası ilə aparılıb. Layihədə 40-dan çox aktyor, o cümlədən Deniel Kreyq, Romola Qaray, Conatan Prays, İen Holm kimi tanınmış aktyorlar iştirak edib. “İntibah” Annecy Beynəlxalq Animasiya Fİlmləri Festivalında ilin "Ən yaxşı film"i seçilib. Volkmanın digər nüfuzlu işləri arasında iki qısametrajlı film də var: “Le cobaye” Annecy festivalında 1995-ci ildə münsiflər heyətinin mükafatını qazanıb, “Maaz” filmi isə 100-dən çox festivalda iştirak edib, 30-dan çox mükafat əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Christian_Volckman

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç