Marko Kroyspayntner
Rejissor, ssenarist, prodüser
Marko Kroyspaytner – almaniyalı kinorejissordur. 11 mart 1977-ci ildə Rozenhaym (Almaniya) şəhərində anadan olub. Zalsburq universitetində incəsənət tarixini öyrənib. Karyerasının əvvəlində reklam sahəsində çalışıb, rejissor Peter Lilintalın köməkçisi olub. 1999-cu ildə ilk qısametrajlı filmini çəkib, 2001-ci ildə “Der Atemkünstler” qısametrajlı filmi “First Steps” mükafatına namizəd olub. 2003-cü ildə “Bütövlükdə” adlı ilk tammetrajlı filmini çəkib. 2004-cü ildə çəkilmiş növbəti filmi - “Yay fırtınası” ona bir sıra mükafatlar və beynəlxalq nüfuz qazandırıb. 2007-ci ildə Kroyspaytner Roland Emmerixin “Quldarlıq” filmi üzərində çalışıb. 2008-ci ildə Otfrid Proyslerin “Krabat və ya köhnə dəyirmanın əfsanəsi” romanını ekranlaşdırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Marco_Kreuzpaintner