Nataliya de Molina

Nataliya de Molina

Aktrisa

BİOQRAFİYA

Natalya de Molina – ispaniyalı aktrisadır. 19 dekabr 1990-cı ildə İspaniyanın Linares şəhərində anadan olub. 2 yaşından 18 yaşına qədər Qranade şəhərində yaşayıb, sonradan Malaqaya köçüb, orada dram incəsənəti üzrə təhsil alıb. 2011-ci ildə Madridə köçüb və teatrlarda və kabarelərdə çıxış etməyə başlayıb. 2012-ci ildə “Xatırlamağa kömək et” adlı qısametrajlı filmdə debüt edib. 2013-cü ildə rejissor David Truebanın “Qapalı gözlərlə həyat gözəldir” dram filmində debüt baş rolunu oynayıb. Ekran əsəri eyni vaxtda beş nominasiyada ("Ən yaxşı film", "Ən yaxşı kişi rolu", "Ən yaxşı rejissor", "Ən yaxşı orijinal ssenari", "Ən yaxşı orijinal saundtrek") “Qoya” mükafatı qazanıb. Bundan başqa, o, “Ən yaxşı aktrisa” nominasiyasında Berlin kinofestivalının qalibi olub. 2016-cı ildə “Qida məhsulları və yaşayış” adlı filmə çəkilib və həmin rol ona növbəti “Qoya” mükafatını qazandırıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/nataliya_de_molina/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç