Viktoriya Tolstoqanova

Viktoriya Tolstoqanova

Aktrisa

BİOQRAFİYA

Viktoriya Viktorovna Tolstoqanova – rusiyalı teatr və kino aktrisasıdır. 24 mart 1972-ci ildə Moskvada (Rusiya) mühəndis və ingilis dili müəlliminin ailəsində anadan olub. Özündən kiçik üç bacısı var. Məktəbli illərində Pionerlər Evi nəzdində Gənc Moskvalılar Teatrına daxil olub, peşəkar səviyyədə teatrın incəliklərini öyrənib. Orta məktəbi bitirdikdən sonra Ali Teatr Məktəbinə daxil olub. 1992-ci ildə eyni vaxtda həm Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu və Rusiya Teatr Sənəti İnstitutuna daxil olub. Tələbəlik illərindən K.S.Stanislavski adına Moskva Dram Teatrının truppasına götürülüb, 2000-ci illərin ortalarına qədər orada çıxış edib. 1997-ci ildə kinoda debütünü edib: rejissor Roman Xruşun “Gündüz məsuliyyəti” qısametrajlı filmində baş rolu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Viktoriya_Tolstoganova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç