Dirk Martens
Aktyor
Dirk Martens – alman aktyorudur. 2 iyul 1964-cü ildə Mülhaymda (Düsseldorf, Almaniya) anadan olub. Berlin və Düsseldorf teatr məktəblərində aktyorluq sənətini oxuyub. Düsseldorf, Sürix, Münhen, Hamburq və Bonn şəhər teatrlarında oynayıb. Dirk Martensə məşhurluğu televiziya layihələrində oynadığı rollar gətirib. Aktyor 1991-ci ildən teleseriallara çəkilir. Seriallarda daha çox psixoloji pozuntulardan əziyyət çəkən antonoqistləri, psixopatları, polis komissarlarını oynayıb. O, həmçinin bir neçə bioqrafik və komediya filmlərində oynadığı rollarla da yadda qalıb. Rusiya və Ukrayna istehsalı olan “Ağ pələng”, “Hər vəchlə tapmaq” , “Faust”, “Matç” filmlərində faşist zabitlərini canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: