Yekaterina Telegina
Rejissor
Yekaterina Telegina - rusiyalı kinorejissor, montajçı və aktrisadır. Daha çox “Ayrılmaq vərdişi” (2013) filmi üzərində gördüyü işə görə tanınır. 1983-cü ildə Rusiyanın Omsk şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra F.M.Dostoyevski adına Omsk Dövlət Universitetinin mədəniyyət və incəsənət fakültəsində təhsil alıb. 2004-cü ildə “İnternyus” kino və televiziya məktəbini bitirib, 2009-cu ildə isə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin məzunu olub. Diplom işi çoxsaylı kinomükafatlar qazanmış “Külək əsintisi” (2009) sənədli filmi olub. O, həmçinin “Yalan detektoru: Jestlər” (2010), “P.M.Tretyakov. Böyük kolleksiyanın tarixçəsi” (2011) filmlərinin də müəllifidir. Onun həmçinin aktrisa kimi də təcrübəsi var. Məsələn, 2014-cü ildə Mixayil Seqalın “Alekseyev haqda kino” adlı tragikomik saqasına çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: