Yelizaveta Boyarskaya
Aktrisa
Yelizaveta Mixaylovna Boyarskaya məşhur aktyor Mixail Boyarski və Larisa Luppianın qızı, deputat Sergey Boyarskinin bacısıdır. Yelizaveta Boyarskaya 20 dekabr 1985-ci ildə doğulub. Uşaq yaşlarından aktyorluğa maraq göstərib. 13 yaşında rəqslə məşğul olub. Yeniyetməlik illərində modellik məktəbinə gedib. 2006-cı ildən Sankt-Peterburqda Kiçik Dram Teatrının (Avropa teatrı) aktrisasıdır. İlk dəfə səhnəyə 9 mart 2006-cı ildə çıxıb; “Kral Lir” tamaşasında Qonerilya rolunu oynayıb. 2001-ci ildə “Milli təhlükəsizlik agenti 3” adlı çoxseriyalı filmində debüt edib, ardınca 2004-cü ildə rejissor Oliver Xirşbigelin “Bunker” filminə çəkilib. 2008-ci ildə “Admiral” filmində admiral Aleksandr Kolçakın sevgilisi rolunu oynayıb. Ardınca “Deməyəcəyəm”, “Beş gəlin”, “Yeni ilin mübarək, ana!”, “Şerlok Holms”, “Status: Bekaram”, “Anna Karenina” kimi filmlərin çəkilişlərinə qatılıb. Bundan başqa, “I Pyotr: Vəsiyyət” adlı mini-seriala, “Evə gedən uzun yol” serialına və “Matç” və “Qaçaqlar” kimi filmlərə çəkilib. Aktyor Maksim Matveyevlə evlidir, iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Yelizaveta_Boyarskaya