Nikolay Budaşkin

Nikolay Budaşkin

Bəstəkar

BİOQRAFİYA

Nikolay Pavloviç Budaşkin – sovet bəstəkarıdır. 24 iyul (bəzi mənbələrə görə 6 avqust) 1910-cu ildə Lyubaxovka (Kaluqa vilayəti, Rusiya) kəndində anadan olub. 1917-ci ildə ailəsi ilə birlikdə Çitaya köçüb, orada dəmirçi işləyib, asudə vaxtlarında həvəskar nəfəs alətləri orkestrində çıxış edib. 1929-cu ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına qəbul olub. Müəllimləri R.M.Glier və N.Y.Myaskovski olub. 1936-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. 1937-ci ildə konservatoriyanı kompozisiya ixtisası üzrə bitirib. 1938-ci ildə aspiranturanı bitirib, bir müddət həmin müəssisədə kafedra assistenti işləyib. 1939-cu ildə “Caz rapsodiyası” əsəri üçün müəllif müqaviləsi bağlayıb. Böyük Vətən müharibəsi dövründə Baltika donanmasının siyasi idarəsinin bəstəkarı olub. 1945-1951-ci illərdə N.P.Osipov adına Rus Xalq Çalğı Alətləri Dövlət Orkestrinin rəhbəri olub. 1965-ci ildə Moskva Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb: əvvəl dosent olub, 1973-cü ildə isə kafedra professoru olub. 31 yanvar 1988-ci ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D0%B4%D0%B0%D1%88%D0%BA%D0%B8%D0%BD,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç