Anna Xilkeviç

Anna Xilkeviç

Aktrisa

BİOQRAFİYA

Anna Aleksandrovna Xilkeviç - rusiyalı kino və televiziya aktrisasıdır. Daha çox “Univer: Yeni yataqxana” və “SaşaTanya”  teleseriallarında oynadığı rolları ilə tanınır. Anna Xilkeviç 15 oktyabr 1986-cı ildə Leninqradda (indiki Sankt Peterburq) Tatyana Andreyevna və Aleksandr Vasilyeviç Xilkeviçin ailəsində dünyaya göz açıb. 710 nömrəli Moskva məktəbini bitirib. 2011-ci il və 2015-ci illərdə “Maxim”, 2013-cü ildə isə “Playboy” jurnalının üz qabığında yarı-çılpaq şəkilləri çıxıb. 2011-ci ildə “Barvixa” serialının direktoru Anton Pokrepuya ərə gedib. Onunla evlənməzdən əvvəl 4 il görüşüblər. 2012-ci ilin noyabr ayında boşanıblar. 7 avqust 2015-ci ildə biznesmen Artur Volkovla ailə qurub. Onların Arianna (2015) və Mariya (2018) adında qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BB%D1%8C%D0%BA%D0%B5%D0%B2%D0%B8%D1%87,_%D0%90%D0%BD%D0%BD%D0%B0_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç