Noemi Lvovski
Aktrisa
Noemi Lvovski - fransız aktrisa, kinorejissor və ssenaristdir. Noemi Lvovski 14 dekabr 1964-cü ildə Parisdə (Fransa) anadan olub. Atasının valideynləri Fransaya Odessadan mühacirət ediblər. 1986-cı ildə “Le Femi” kino məktəbini bitirib. 1994-cü ildə “Məni unut” adlı ilk tammetrajlı bədii filmini lentə alıb. Noemi Lvovski dörd dəfə Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında “Sezar” mükafatına namizəd olub: 2002-ci ildə “Yoldaşım- aktrisadır”, 2006-cı ildə “Arxa plan”, 2008-ci ildə “Ötən gecənin yuxusu” filminə görə. Onun “Duyğu” adlı filmi isə 2004-cü ildə "Ən yaxşı film" nominasiyasında “Sezar” mükafatı ilə təltif olunub. 2012-ci ildə “Kamilla ikiləşir” adlı filmi SACD (Dramaturq və Bəstəkarlar Cəmiyyəti) mükafatına layiq görülüb. 2013-cü ildə həmin lent “Sezar” mükafatını 10 nominasiyada qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/No%C3%A9mie_Lvovsky