Benedikt Endrüs

Benedikt Endrüs

Rejissor

BİOQRAFİYA

Benedikt Endrüs – avstraliyalı teatr və kino rejissorudur. Daha çox Devid Harrouerin qalmaqallı “Qaratoyuq” (Blackbird, 2005) pyesi əsasında lentə aldığı “Una” (2016) filmi üzərində gördüyü işə görə tanınır. Benedikt Endrüs 1972-ci ildə Avstraliyanın Adelaid şəhərində anadan olub və boya-başa çatıb. Xoreoqraf sevgilisi ilə İslandiyanın Reykyavik şəhərində anadan olub. Benediktin debüt tammetrajlı filmi  “Una” dramı sayılır. 2014-cü ilin noyabr ayında filmə Runi Mara və Ben Mendelsonun çəkiləcəyi elan olunub, çəkilişlər13 iyun 2015-ci ildə Böyük Britaniyada başlayıb. Filmin dünya premyerası 2 sentyabr 2016-cı ildə Tellurid Beynəlxalq Kinofestivalında baş tutub. Film həmçinin Toronto, London və başqa festivallarda təqdim olunub. 2018-ci ilin mart ayında Endrüsün “Siberq” adlı filminin çəkilişlərinin başlanılacağı elan olunub. Amerikalı aktrisa Cin Siberqin işini araşdıran FTB agentindən bəhs edən filmdə baş rolu Kristen Stüart canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Benedict_Andrews

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç