İvan Attal
Aktyor
İvan Attal – fransız aktyor və rejissordur. 4 yanvar 1965-ci ildə Tel-Əvivdə (İsrail) yəhudi ailəsində anadan olub. Uşaqlığı Parisin şəhərkənarında keçib. Kinoda debütünü 1989-cu ildə Erik Roşanın “Amansız dünya” filminə çəkilməklə gerçəkləşdirib. Oynadığı rol ona böyük uğur qazandırır, belə ki, İvan “perspektivli aktyor” nominasiyasında “Sezar” mükafatı laureatı olub. Rejissor kimi 1997-ci ildə “Mənim qadınım var idi” adlı qısametrajlı filmi lentə almaqla debüt edib. 2001-ci ildə “Yoldaşım-aktrisadır” adlı melodramı çəkib. Həmin filmə vətəndaş nikahından olan həyat yoldaşı Şarlotta Gensburqla birlikdə çəkilib. Onunla 1991-ci ildən bəri birgə yaşayır və üç övladı var. İvan ara-sıra Hollivud filmlərinə də çəkilir. 2005-ci ildə Sidni Pollakın “Tərcüməçi” trillerində rol alıb. 2007-ci ildə “Qaynar saat” filminin üçüncü hissəsində görüntülənib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yvan_Attal