Cihan Ünal - türkiyəli teatr və kino aktyorudur. 22 yanvar 1946-cı ildə Türkiyənin Kastamonu şəhərində anadan olub. 1960-1964-cü illərdə Ankara radiosunun uşaq klubunda, təhsil proqramlarında, radio teatrı şöbəsində çalışıb. 1962-ci ildə Ankara Halkevi teatrının aktyorluq kurslarına qatılıb. 1963-1964-cü illərdə Ankara Dövlət Teatrının tamaşalarında səhnəyə çıxıb. 1964-cü ildə Ankara Dövlət Konservatoriyasına daxil olub. İMDB məlumat bazasına əsasən, kino karyerasına 1972-ci ildə "Damdakı kemancı" filminə çəkilməklə başlayıb. Daha çox "Kalbimdeki düşman" (1987), "Gece Dansı tutsakları" (1988), "Herhangi bir kadın" (1981), "İhtiras fırtınası" (1984) filmləri üzərində gördüyü işə görə tanınır. 1970-1978-ci illərdə Sabiha Tarhan ilə evli olub. 1983-cü ildə populyar aktrisa Türkan Şorayla izdivaca daxil olub. Bu nikahın ömrü cəmi dörd il çəkib. 2000-2002-ci illərdə Nazlı Tazebayla evli olub. İki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Cihan_%C3%9Cnal