Qurinder Çadha
Rejissor, ssenarist, prodüser
Qurinder Çadha – britaniyalı ssenarist, kinorejissor və prodüserdir. Qurinder Çadha 10 yanvar 1960-cı ildə Nayrobi (Kenya) şəhərində anadan olub. 1961-ci ildə ailəsi Böyük Britaniyaya köçüb və Londonda məskunlaşıb. Məktəbi bitirdikdən sonra Şərqi İngiltərə Universitetinə daxil olub. Orada iqtisadiyyat və politologiya üzrə ali təhsil alıb. 1984-cü ildə isə London Kommunikasiya kollecinə daxil olub. Karyerasına 80-ci illərin ortalarında radiostansiyaların birində başlayıb, daha sonra BBC-nin xəbərlər xidmətinin müxbirlərindən biri olub. 1989-cu ildə Çadha “Britaniyalıyam, ancaq...” adlı sənədli filmin müəllifi olub. Həmin film Asiya əsilli britaniyalıların üzləşdiyi problemlərə toxunur. 1990-cı ildə Qurinder Çadha öz prodakşn şirkətini təsis edib. 1991-ci ildə 11 dəqiqəlik “Nice Arrangement” adlı filmi işıq üzü görüb. Onun “Bhaji on the Beach” (1993) adlı filmi çoxsylı beynəlxalq mükafatlara, o cümlədən “Ən yaxşı Britaniya filmi” nominasiyasında BAFTA mükafatına layiq görülüb. 2004-cü ildə görkəmli britaniyalı yazar Ceyn Ostinin “Qürur və qərəz” filminin Bollivud üslublu adaptasiyasını lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gurinder_Chadha