Ufuk Bayraktar
Aktyor, prodüser, ssenarist
Ufuk Bayraktar - türkiyəli rejissor, ssenarist, prodüser, montajçıdır. Daha çox “İlin fəsilləri” filmində oynadığı rolları ilə tanınır. Ufuk Bayraktar 1981-ci ildə İstanbulda anadan olub. Orta məktəbi bitirdikdən sonra atasına aid qəhvəxananı işlədib. Elə orada işləyən vaxt rejissor Zeki Demirkubuzla tanış olub. Sonuncu onu aktyor olmağa ilhamlandırıb. Zeki onun istedadını üzə çıxarıb və beləcə, Ufuk Bayraktara “Gözləmə zalı” adlı dramda çəkilməyi təklif edib. Ufuk B. Gürsoy kollecində təhsil alıb. Onun debüt filmi olan “Gözləmə zalı” ekranlara 2005-ci ildə çıxıb. İki ildən sonra rejissor Demirkubuzun “Tale” dramında baş rolu oynayıb. Tərəf müqabilləri Vildan Atasever, Engin Akyürek, Müge Ulusoy və Mustafa Uzunyılmaz olub. 2012-ci ildə “Çanaqqala 1915” hərbi dramının çəkilişlərinə qatılıb. 2017-ci ildə aktyor “Sən mənim vətənimsən” serialında əsas rollardan birini oynayıb. Aktyor Merve Bayraktarla evlidir, cütlüyün Efe Cevahir adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Ufuk_Bayraktar