Nur Sürer
Aktrisa
Nur Sürer – türkiyəli aktrisadır. 21 iyun 1954-cü ildə Türkiyənin Bursa şəhərində anadan olub. Anadolu qızlar litseyində orta təhsil alıb. Nur Sürer debüt rolunu 1981-ci ildə “Bereketli Topraklar Üzerinde” filmində oynayıb. "Ən yaxşı aktrisa" nominasiyasında Antalya Qızıl Portağal kinomükafatının laureatıdır. Karyerası ərzində 40-dan çox film və seriala çəkilib. Beynəlxalq kinoarenaya “Güzgü” filmində oynadığı rolla çıxıb. Onun iştirakı ilə çəkilmiş “Umuda yolculuk” filmi isə 1991-ci ildə "Ən yaxşı xarici dilli film" nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Aktyor Bülent Kayabaşla evli olub (1981-1994). Bir övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Nur_S%C3%BCrer