Tarık Akan

Tarık Akan

Aktyor

BİOQRAFİYA
Tarık Akan (d. 13 dekabr 1949, İstanbul, Türkiyə – ö. 16 sentyabr 2016, İstanbul, Türkiyə) - əsl adı Tarık Tahsin Üregül olan aktyor ilk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkilib. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı oyuncusu kimi məşhurlaşıb. "Mavi boncuk", "Sev kardeşim" və "Hababam sınıfı" kimi filmlərdə canlandırdığı rollarla türk filminin unudulmaz adlarından biri olub. Tarık Akan 1970-ci ilde "Ses" filmlərinin seçimlərinə qatılır ve birinci yerə çıxır. İlk illərdə Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla çəkilir. Tarık Akanın məşhur rejissor Ertem Eğilmezle tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ilde Hülya Koçyiğitle oynadığı "Beyoğlu gözeli" filmi Tarık Akanın Ertem Eğilmezle ilk filmi olur. Daha sonra Ertem Eğilmezin "Arzufilm" şirkəti ilə müqavilə bağlayan aktyor burada Kemal Sunal, Emel Sayın, Münir Özkul, Adile Naşit, Zeki Alasya, Metin Akpınar, Şener Şen kimi aktyorlarla bir çox məşhur filmlərə çəkilir. "Tatlı Dillim" 1971, "Sev Kardeşim" 1972, "Yalancı Yarım" 1973, "Mavi Boncuk" 1974, "Hababam Sınfı" 1975, "Bizim Aile" kimi məşhur filmlərdə oynayan aktyor həmçinin Gülşen Bubikoğlu ve Necla Nazir kimi aktrisalarla romantik filmlərə çəkilir. Gülşen Bubikoğluyla oynadığı filmlər ən bəyənilən  filmlərdir. Daha sonra romantik filmlərdə yox, siyasi filmlərdə oynamaq qərarına gəlir. Aktyorun bu qərarı Ertem Eğilmezin xoşuna gəlmir ve ona peşman olacağını deyir. Bığ saxlayan, uzun saçlarını qırxan aktyor bir müddət filmlərdə oynaya bilmir, Ertem Eğimezin hədə-qorxusuyla şirkətlər ve rejissorlar ona rol verməkdən imtina edirlər. Tarık Akana 1978-ci ildə "Maden" filmində oynamaq təklif edilir və o, bu dəvəti qəbul edir. Tarık Akan filmin reytinq qazanması üçün məşhur aktyor Cüneyt Arkına filmdə baş rolu təklif edir ve onun adının birinci yazılmağına razılaşır. 1986-ci ildə çəkildiyi "Ses" filmiylə mükafatlar qazanır. 1990-cı illərdə daha az filmə çəkilən aktyor bu dövrdə seriallara çəkilib. Tarık Akan 2016-cı ildə ağ ciyər xərçəngindən vəfat edib.   

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tar%C4%B1k_Akan
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç